Baba Vəziroğlu “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Baba Məsimovun (Baba Vəziroğlunun) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şöhrət” ordeni ilə təltif edilsin.