ONN İnformasiya Agentliyi

Baş Nazir Əli Əsədov sərəncam imzaladı

Baş Nazir Əli Əsədov sərəncam imzaladı
16 Yanvar 2020 - 19:40

“Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib.

ONN media xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamla təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulan icraçılar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etmək və görülmüş işlər barədə Kabinetinə məlumat vermək tapşırılıb.

Sıra №-siTədbirin adıİcraçılarİcra müddəti
1234
1. Maliyyə-bank sektoru
1.1.Büdcə xərclərinə nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi üçün təkliflərin təqdim edilməsiMaliyyə Nazirliyi2020-ci ilin mart ayınadək
1.2.Xarici borcun tərkibi təhlil olunaraq səviyyəsinin azaldılması, restrukturizasiyası (o cümlədən, bahalı kreditlərin nisbətən aşağı faizli kreditlərlə əvəz edilməsi) və xarici kreditlərin alınmasına zərurət yaranarsa qabaqcıl beynəlxalq texnoloji və müasir standartlara cavab verən layihələrin həyata keçirilməsi barədə təkliflərin təqdim edilməsiMaliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi2020-ci ilin aprel ayınadək
1.3.“Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın və investisiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin təqdim edilməsiDövlət Neft Fondu, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank2020-ci ilin aprel ayınadək
1.4.Bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsiMərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi2020-ci ilin sonunadək
1234
1.5.Bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsiMərkəzi Bank2020-ci ilin iyul ayınadək
2. İqtisadi artımın dayanıqlılığı
2.1.Dövlət investisiya proqramı hazırlanarkən başlanılmış investisiya layihələrinin başa çatdırılmasının prioritetləşdirilməsiİqtisadiyyat Nazirliyi2020-ci ilin sonunadək
2.2.Dövlət investisiya proqramı çərçivəsində həyata keçirilən layihələrin, o cümlədən infrastruktur layihələrinin real sektora olan təsirinin qiymətləndirilməsinin nəticələrinin təqdim edilməsiİqtisadiyyat Nazirliyi2020-ci ilin aprel ayınadək
2.3.Uzunmüddətli qeyri-neft ixracı strategiyasının hazırlanmasıİqtisadiyyat Nazirliyi2020-ci ilin iyul ayınadək
2.4.Emal sənayesinin inkişafı, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı istiqamətində təkliflərin təqdim edilməsiİqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi2020-ci ilin aprel ayınadək
2.5.Beynəlxalq təcrübə nəzərə alınmaqla, əhali artımının iqtisadi artımla uyğunluğunu nəzərdə tutan uzunmüddətli strategiyanın hazırlanmasıİqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi2020-ci ilin oktyabr ayınadək
2.6.Özəl investisiyaların cəlb edilməsi üzrə tədbirlərin genişləndirilməsi istiqamətində təkliflərin təqdim edilməsiİqtisadiyyat Nazirliyi2020-ci ilin may ayınadək
2.7.Kiçik və orta biznesin inkişafına dəstəyin gücləndirilməsiİqtisadiyyat Nazirliyi, Mərkəzi Bank2020-ci ilin sonunadək
2.8.Tütün və tütün məmulatlarının istehsalının artırılması, həmin məmulatların idxalının azaldılması istiqamətində müvafiq tədbirlərin görülməsi və nəticələri barədə hesabatın təqdim edilməsiKənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi2020-ci ilin sonunadək hər rüb
1234
2.9.İpəkçilik sahəsinin inkişafı istiqamətində konsepsiya layihəsinin təqdim edilməsiKənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi2020-ci ilin may ayınadək
2.10.Toxuculuq məhsullarının istehsalının təşkili və əlavə dəyər zəncirinin yaradılması barədə təkliflərin təqdim edilməsiKənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi2020-ci ilin iyul ayınadək
2.11.Turizmin inkişafı sahəsində mövcud vəziyyətin hərtərəfli təhlil olunması və turist axınının artırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflərin təqdim edilməsiDövlət Turizm Agentliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC2020-ci ilin aprel ayınadək
2.12.Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlb edilməsiEnergetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azərenerji” ASC2020-ci ilin sonunadək
3. Beynəlxalq iqtisadi əməkdaşlıq
3.1.Hökumətlərarası Komissiyaların fəaliyyəti çərçivəsində iqtisadi əməkdaşlığın gücləndirilməsi barədə təkliflərin təqdim edilməsiXarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi2020-ci ilin sonunadək
3.2.Azərbaycan məhsullarını ixrac etmək məqsədilə yerli şirkətlərin xarici ölkələrdə fəaliyyəti və yerli şirkətlərin xarici ölkələrdə tenderlərdə iştirakı istiqamətində yeni imkanların araşdırılması, nəticələri əsasında təkliflərin təqdim edilməsiXarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi2020-ci ilin sonunadək
1234
3.3.Beynəlxalq nəqliyyat dəhlizləri üzrə infrastruktur layihələrinin icrasıİqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi2020-ci ilin sonunadək
4. Sosial tədbirlərin gücləndirilməsi
4.1.Kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflərin təqdim edilməsiİqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Dövlət Statistika Komitəsi2020-ci ilin may ayınadək
4.2.Qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı koordinasiyanın gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsiƏmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası2020-ci ilin sonunadək
4.3.Sığorta fəaliyyəti, o cümlədən daşınmaz əmlakın icbari sığortası barədə vətəndaşların maarifləndirilməsiMərkəzi Bank, İqtisadiyyat Nazirliyi2020-ci ilin sonunadək
4.4.Şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil təminatının yaxşılaşdırılmasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi2020-ci ilin sonunadək
1234
5. Gömrük sahəsi
5.1.Gömrük sərhəd keçid məntəqələri üzrə infrastrukturun yaxşılaşdırılmasına dair təkliflərin təqdim edilməsiDövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti2020-ci ilin aprel ayınadək
5.2.Gömrük sərhəd keçid məntəqələrində gömrük orqanlarının vəzifəli şəxslərinin etik-davranış qaydaları üzrə maarifləndirmə işlərinin aparılmasıDövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti2020-ci ilin sonunadək
ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png