ONN İnformasiya Agentliyi

Baş nazirdən ali təhsil müəssisələri barədə MÜHÜM QƏRAR

Baş nazirdən ali təhsil müəssisələri barədə MÜHÜM QƏRAR
20 Aprel 2020 - 21:25

Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə və “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib.

ONN media xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ali və peşə təhsil müəssisələrinin vəzifələri artırılıb.

Ali təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq. Eyni zamanda peşə təhsili müəssisəsi “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq.

Həmçinin bundan sonra peşə təhsili müəssisəsi təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etməklə yanaşı habelə təhsilalanları dərsliklərlə pulsuz təmin edəcək.

Eyni zamanda peşə təhsili müəssisəsi “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png