Bayrağa hücum əsla qəbul edilə bilməz – Səfir

Ermənistan tərəfindən edilən davranışları qınayırıq.

ONN media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün “Twitter” hesabında yazıb.

“Dumanlı havada yolunu azaraq sərhədi keçən Azərbaycan əsgərinə insanlığa sığmagan işgəncələr və beynəlxalq idman yarışının açılışında Azərbaycan bayrağına edilən hücum əsla qəbul edilə bilməz. Qınayırıq”,-səfir vurğulayıb.