Bayramov və Mirzoyan yenidən görüşəcək

ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda danışıqlar aparan Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini sentyabrın sonunadək yenidən görüşməyə dəvət edib.

ONN media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.

“Blinken insan itkisinə görə başsağlığı verib və gələcək döyüşlərin qarşısının alınmasının vacibliyini vurğulayıb. Onlar növbəti addımları müzakirə ediblər və dövlət katibi tərəfləri ayın sonuna qədər yenidən görüşməyə çağırıb”, – məlumatda deyilir.