ONN İnformasiya Agentliyi

Beşdən çox uşağı olanlara şad xəbər

Beşdən çox uşağı olanlara şad xəbər
13 Yanvar 2023 - 10:54

Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 105 manat müəyyən edilib.

ONN media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin artırılması və “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 2023-cü il yanvarın 1-dən hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png