Birinci vitse-prezident Xalq artisti ilə bağlı tapşırıq verdi

Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz nəzarətinə götürüb. 

ONN media xəbər verir ki, bu barədə Fondun Prezidenti Mehriban Əliyeva tapşırıq verib.

Səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.