Bu ölkənin Bakıdakı səfirliyi viza verilməsini DAYANDIRDI

İtaliyanın Azərbaycandakı səfirliyi viza verilməsini müvəqqəti olaraq dayandırıb.

ONN media verir ki, bu barədə səfirliyin yaydığı məlumatda bildirilib.

“İstifadəçilərin nəzərinə çatdırılır ki, texniki problemlərə görə Konsulluq tərəfindən viza verilməsi proseduru veriləcək yeni məlumata qədər dayandırılır. Təəssüflər olsun ki, 18 noyabr tarixinə qədər olan gedişlər üçün viza sorğularının qəbulu mümkün olmayacaq”, – məlumatda bəyan edilib (Qaynarinfo).