ONN İnformasiya Agentliyi

Bu ölkədə turistə nə üçün qırmızı kart göstərildi?

Bu ölkədə turistə nə üçün qırmızı kart göstərildi?
27 Mart 2023 - 18:50

Tayland asayişi pozduğuna görə turistlərə ilk dəfə qırmızı vərəqə verir.

ONN media xəbər verir ki, Taylandın Phuket İmmiqrasiya Xidməti mart ayında müxtəlif qayda pozuntularına görə ilk dəfə qırmızı və sarı kart alan xarici turistlərlə bağlı açıqlama yayıb.

Məlum olub ki, martın 1-dən 15-dək olan müddətdə iki fransız, bir ukraynalı və bir isveçliyə sarı vərəqə, İsveç və Fransadan olan 2 turistə isə qırmızı kart verilib. Qeyd olunub ki, idmanda olduğu kimi, turizmdə də qırmızı kart ölkədən deportasiya etmək və yenidən girişə qadağa qoymaq deməkdir.

Sarı kartlar isə icazə verilən müddətin sonuna qədər krallıqda qalmağa imkan yaratsa da, turisti yenidən Taylanda gələ bilməmək kimi ağır cəzaya məruz qoyur.

Phuket İmmiqrasiya Xidməti qeyd edib ki, ümumilikdə hazırda 181 turistin cinayət işi üzrə istintaq gedir. Onların əksəriyyəti ruslar, fransızlar, ingilislər, myanma və kambocalılardır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png