ONN İnformasiya Agentliyi

Çavuşoğlu: İran hadisələrini bu iki lider dəstəkləyir

Çavuşoğlu: İran hadisələrini bu iki lider dəstəkləyir
03 Yanvar 2018 - 15:48

“İrandakı etiraz aksiyalarını yalnız iki lider dəstəkləyir".

ONN media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyə xarici siyasət idarəsinin başçısının sözlərinə görə, bunlar ABŞ-ın prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahudur.

“Qarşıdurmanın tezliklə başa çatmasını və sabitliyin bərpa edilməsini istəyirik. İranı tənqid edən ölkələr səmimi və ikili standartlardan uzaq olmalıdır. Ruhaninin (İran prezidenti Həsən Ruhani -red.) açıqlamalarını müsbət qarşılayırıq", – Çavuşoğlu qedy edib.

İranda dekabrın 28-də ölkənin əhali sayına görə ikinci böyük şəhəri olan Məşhəddə başladığı etiraz aksiyaları hazırda demək olar ki, bütün ölkəni bürüyüb. 25-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub.

Etiraz aksiyaları zamanı bahalaşmaya, Suriyadakı müharibəyə etiraz edilir, ali dini lider Xameneinin istefaya getməsi istənilir. Kütləvi etirazlar zamanı 450-dək insanın saxlandığı, 20-dək şəxsin öldüyü bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png