Çavuşoğlundan Ermənistana XƏBƏRDARLIQ: “Ağlını başına yığsın”

“Ermənistanın hücumları zamanı bu gün şəhid olan Kiçik çavuş Elşən Məmmədova Allahdan rəhmət, ailəsinə və qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm”.

ONN media  xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud çavuşoğlu deyib.

“Ermənistanı təcavüzə son verərək ağlını başına yığmağa çağırıram. Can Azərbaycanın haqlı davasında daima yanındayıq” – deyə, nazir Ermənistana xəbərdarlıq edib.