ONN İnformasiya Agentliyi

Ceyhun Bayramov bu ölkələrə təşəkkür etdi

Ceyhun Bayramov bu ölkələrə təşəkkür etdi
09 Avqust 2022 - 18:33

Avqust ayının 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini qruplaşma təərfindən hücum olub. Onlar səfirlik ərazisinə daxil olarkən vandallıq aktları törədib, dövlət rəmzləri dağıdılıb, orada olan əşyalara xələl gətirilib. Dövlət olaraq biz bunu tamamilə qınayırıq. Biz bunu tamamilə rədd edirik. Bu tamamilə qəbuledilməzdir.

ONN media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Başda qardaş Türkiyə olmaqla, bir çox dövlət artıq buna öz etirazını bildirib. Bütün bu dönəmdə səssiz qalmayan bütün dost dövlətlərə təşəkkürümü bildirmək istərdim”, – nazir vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png