ONN İnformasiya Agentliyi

Deputatdan ÇAĞIRIŞ: Özünüzü minanın üstünə atmayın!

Deputatdan ÇAĞIRIŞ: Özünüzü minanın üstünə atmayın!
13 Aprel 2021 - 11:43

“Mən televiziyalara, mətbuata açıqlamalarımda dəfələrlə qeyd etmişəm ki, insanlarımız minalanmış ərazilərə getməsinlər. 30 il dözmüşüksə, bir neçə müddət – 3-5 ay, 1 il də dözə bilərik. Əslində, minalı ərazilərə getməklə biz düşməni sevindiririk”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. Millət vəkili bildirib ki, ərazilərin minalardan təmizlənməsini gözləməliyik: “Nə oldu, niyə dözümsüzlük nümayiş etdirməliyik ki?! Axı biz 30 il dözmüşük. Minalı ərazilərə getmək hazırda çox qorxuludur. Mən özüm 2 dəfə Ağdamda olmuşam. ANAMA hansı yerlərə getmə deyibsə, o yerlərə getməmişəm. Gedə bilərdim, sadəcə doğru deyil. Çünki işğaldan azad olunan ərazilər hələ də minalardan tam təmizlənməyib. Deputat kimi insanlarla görüşlərdə oluram. Orada da deyirəm ki, getməyin. İnsanlarımız hüquq-mühafizə orqanlarına qulaq assınlar. ANAMA-nı eşitsinlər. Çağırışları eşitsinlər və minalardan təmizlənməmiş işğaldan azad edilən ərazilərə getməsinlər. Özlərini minanın üstünə atmasınlar. Bu kimi addımlarla düşməni sevindirməyin. Yavaş-yavaş təmizlənir. Ondan sonra gedə bilərlər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png