Deputatların vaksinasıyası ilə bağlı yeni məlumat

Milli Məclisin deputatlarının koronavirus infeksiyasına qarşı vaksinasiyasının birinci mərhələsi yekunlaşıb.

ONN media  xəbər verir ki, artıq deputatlar birinci mərhələdə peyvəndin ilk dozasını vurdurublar.

Peyvənd olunan deputatlar özlərini yaxşı hiss edir. Koronavirusu keçirmiş deputatlarda isə antitellər olduğu üçün peyvənd olunmaları hələ ki, tövsiyə olunmayıb.

Qeyd edək ki, deputatların vaksinasiya prosesi könüllülük prinsipi əsasında həyata keçirilib.