DİN-də yeni kadr təyinatı oldu

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni kadr təyinatı olub.

ONN media xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Nadir Məmmədov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, həmin İdarədə şöbə rəisi təyin olunub.