ONN media

Dövlət bayrağı ilə bağlı qaydalarda DƏYİŞİKLİKLƏR EDİLDİ

Dövlət bayrağı ilə bağlı qaydalarda DƏYİŞİKLİKLƏR EDİLDİ
13 Yanvar 2020 - 21:49

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nın təsdiq edilməsi barədə” qərara dəyişiklik edib.

ONN media xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərar “Azərbaycan Respublikasının Dövlət himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Qərarla Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən və ya asılarkən, Azərbaycan Respublikasının Dövlət himninin mütləq ifa edildiyi hallar “Azərbaycan Respublikasının Dövlət himnindən istifadə qaydaları haqqında” qanunu ilə müəyyən ediləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png