ONN İnformasiya Agentliyi

Dövlət başçısı: Azərbaycandakı yəhudilər cəmiyyətimizdə aktiv rola malikdir

Dövlət başçısı: Azərbaycandakı yəhudilər  cəmiyyətimizdə  aktiv rola malikdir
30 May 2023 - 15:16

İsraildə yaşayan Azərbaycan nümayəndələri ölkələrimiz arasında körpülərin inşa edilməsində vacib rol oynayırlar.

ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatlarla çıxış zamanı deyib.

“İsraildə yaşayan Azərbaycan nümayəndələri ölkələrimiz arasında körpülərin inşa edilməsində vacib rol oynayırlar. Azərbaycanlıların bütün dünyada diaspor təşkilatları var, lakin yalnız bir ölkədə – İsraildə onların böyük əksəriyyətini yəhudi mənşəli insanlar təşkil edir. Bu həqiqətən də bizim aramızda heç bir fərqin və ayrılığın olmadığının nümayişidir. Bizim qarşılıqlı əlaqə, dostluq, qarşılıqlı dəstəklə bağlı əsrlərə gedən tariximiz var. Azərbaycanın müstəqil ölkə olaraq sadəcə 31 yaşı olsa da, bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər bizim cəmiyyətimizin həmişə aktiv və görkəmli hissəsi olublar və bu, bu gün də belə qalır. Onlar ölkələrimiz arasında “mədəni körpülərdir”. Ona görə də, onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir”, – dövlət başçısı qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png