ONN İnformasiya Agentliyi

Dünya Azərbaycanlılarının Zəfər Qurultayı keçiriləcək

Dünya Azərbaycanlılarının Zəfər Qurultayı keçiriləcək
01 Aprel 2022 - 11:38

Dünya Azərbaycanlılarının Zəfər Qurultayının keçirilməsi planlaşdırılır.

ONN media xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı sosial şəbəkədə paylaşım edib. 

Məsələ ilə bağlı komitə sözçüsündən münasibət öyrənməyə çalışdıq. Vəsilə Vahidqızı saytımıza açıqlamasında bildirdi ki, yaxın vaxtlarda bu barədə rəsmi açıqlama veriləcək: 

“Bir neçə günə bununla bağlı rəsmi açıqlama veriləcək. Mənim indi rəsmi açıqlama vermək ixtiyarım yoxdur”.

Məsələni araşdırmağa davam etdik. Digər mənbələrdən əldə etdiyimiz məlumata görə,  Dünya Azərbaycanlılarının Zəfər Qurultayında iştirak edəcək jurnalistlərin və digərlərinin siyahısını da Diasporla İş üzrə Dövlət Komitəsi hazırlayır. 

Hətta əldə etdiyimiz məlumatlara görə, Zəfər Qurultayının işğaldan azad olunan ərazilərimizdə, bir qədər də dəqiqləşdirsək, Şuşa şəhərində keçirilməsi planlaşdırılır. 

Qeyd edək ki, bir neçə gün öncə Şuşa şəhəri Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png