ONN İnformasiya Agentliyi

Dünyanın gözü bu görüşdə – BAŞLADI

Dünyanın gözü bu görüşdə – BAŞLADI
22 Noyabr 2017 - 20:33

Rusiyanın Soçi şəhərində Rusiya, Türkiyə və İran prezidentləri – Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhaninin iştirakı ilə Suriya mövzusu üzrə üçtərərəfli sammit başlanıb.

ONN media xəbər verir ki, bu haqda SİTA agentliyi bildirib.

Sammiti açan Putin Rusiya, İran və Türkiyənin səyləri nəticəsindən Suriyanın dağılmaqdan xilas olduğunu deyib.

“Suriyada terrorçuluğa qarşı genişmiqyaslı döyüş əməliyyatları başa çatır. Qeyd etmək lazımdır ki, Rusiya, İran və Türkiyənin səylərinin sayəsində Suriyanın dağılması və onun beynəlxalq terrorçular tərəfindən tutulmasının qarşısını almaq mümkün olub”, – Rusiyanın dövlət başçısı vurğulayıb.

Putin Astana prosesində Türkiyə və İran prezidentlərinin xüsusi rolunu qeyd edib və bildirib ki, onların iştirakı olmadan Suriyada siyasi tənzimləmə prosesinə başlamaq mümkün deyildi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png