ONN İnformasiya Agentliyi

Elmar Məmmədyarovun Nalbandyanla görüşü başladı

Elmar Məmmədyarovun Nalbandyanla görüşü başladı
06 Dekabr 2017 - 22:07

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hazırda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşür.

Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

"ATƏT-in Minsk Qrupunun həmsədrinin vasitəçiliyi ilə xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə Vyanada görüş keçirir. Substantiv, intensiv və konkret müzakirələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün vacibdir", deyə Hacıyev bildirib.

Qeyd edək ki, nazir səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.

ATƏT-in Nazirlər Şurasının iclasında nazir E.Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

ONN media

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png