Erməni əsgər güllələndi

Erməni hərbçi öz xidməti silahından açılan atəşlə yaralanıb.

ONN media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Hadisə aprelin 13-də baş verib. Əsgərin vəziyyəti stabil ağır qiymətləndirilir. Hadisənin bütün hallarının aydınlaşdırılması üçün araşdırma aparılır”, – məlumatda deyilir.