ONN İnformasiya Agentliyi

Ermənilərə “dağ çəkildi”- Masaya Azərbaycan bayrağı qoyuldu

Ermənilərə “dağ çəkildi”- Masaya Azərbaycan bayrağı qoyuldu
04 Avqust 2022 - 23:12

Rusiya sülhməramlılarının komandanı Volkovun Qarabağdakı “etnik ermənilər”lə görüşündə Azərbaycan bayrağının masada qoyulması müharibədən sonra ilk hadisədir. İndiyə qədər sülhməramlılar separatçıların qondarma “bayrağı” ilə poz verirdilər.

ONN media xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

“Ermənilərlə görüşdə Azərbaycan bayrağının olması həm də onlarda separatçı rejimin gələcəyinin olmadığı fikrinin formalaşması baxımından əhəmiyyətlidir.

Rusların bunu sevdikləri, yaxud istədikləri üçün etmədiyi də bəllidir. Son əməliyyatdan sonra Bakının sülhməramlılar qarşısında tələblərindən biri də bu ola bilər”, – o bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png