ONN İnformasiya Agentliyi

“Ermənistanı dövlət kimi tanımırıq” – Molana Abdul Qafur Haidari

“Ermənistanı dövlət kimi tanımırıq” – Molana Abdul Qafur Haidari
21 Dekabr 2017 - 19:15

“Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini abidələrini dağıdıblar”.
ONN media APA-ya istinadən məlumat verir ki, bu sözləri Bakıda “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidari deyib.

O bildirib ki, Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Ermənistanı bir dövlət kimi tanımır: “Pakistanla Azərbaycan qardaş ölkələrdir. Azərbaycan hər zaman bu qardaşlığa böyük önəm verir. Biz də Azərbaycana qardaşlıq münasibətimizi əsirgəməyəcəyik. İstənilən məsələdə Azərbaycanın yanında olacağıq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png