ONN İnformasiya Agentliyi

Ermənistanın cinayətləri ilə bağlı xüsusi dinləmə keçiriləcək

Ermənistanın cinayətləri ilə bağlı xüsusi dinləmə keçiriləcək
24 Yanvar 2022 - 10:39

Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərlə bağlı Milli Məclisdə xüsusi dinləmə keçiriləcək.

ONN media xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyasının işləri planında əksini tapıb.

Plana Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Azərbaycan vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclsidə xüsusi dinləmənin keçirilməsi daxil edilib.

Qeyd edək ki, həmin məsələyə komitənin bu gün keçirilən iclasında baxılması və təsdiq edilməsi gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png