Fərhad Babayev və Arif Əzizov “Şöhrət” ordeni ilə təltif edildi – Sərəncam

Prezident İlham Əliyev Fərhad Babayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə Fərhad Ağa Səlim oğlu Babayev “Şöhrət” ordeni ilə təltif edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə Arif Möhübəli oğlu Əzizov “Şöhrət” ordeni ilə təltif edilib.

ONN media