ONN İnformasiya Agentliyi

Fələstin səfiri BMT-nin Qüds qətnaməsindən danışdı

Fələstin səfiri BMT-nin Qüds qətnaməsindən danışdı
22 Dekabr 2017 - 21:16

BMT Baş Assambleyasının ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul etməsi beynəlxalq hüquq qaydaları prinsiplərinin qələbəsidir.

ONN media xəbər verir ki, Bu barədə Report-a Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim bildirib.

Xatırladaq ki, dünən BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımaq qərarını tanımamaqla bağlı qətnamə qəbul edib. Səsvermədə 128 ölkə sənədin lehinə, 9-u əleyhinə səs verib, 35 ölkə bitərəf qalıb.

“Bu, beynəlxalq hüquq qaydaları prinsiplərinin, eləcə də böyük çoxluqla beynəlxalq siyasət vasitəsi kimi təhdidi qəbul etməyən beynəlxalq ictimaiyyətin iradəsinin qələbəsidir. Nəticədə belə taktikadan istifadə edənlər və beynəlxalq hüququ pozanlar təcrid olundu”, – səfir deyib.

O bildirib ki, bu, ABŞ-a qarşı səsvermə olmayıb: “Daha çox beynəlxalq ictimaiyyətin əraziləri güc ilə qanunsuz işğal etməkdən imtina ilə bağlı hüquqi və mənəvi prinsiplərə sadiqliyini göstərən və dünya quruluşunun bundan sonra da güclünün istədiyini etdiyi cəngəllik qanunları ilə yox, qanununun aliliyi ilə nizamlanmasını təsdiq edən mövqeyini təsdiqləməsi olub. İsrail və ABŞ bu məsələdə qarşı tərəfdə təcrid olunmuş vəziyyətdə qaldı”.

“Əl-Qüds işğal olunmuş ərazidir və BMT-nin, işğalçı güc – İsrail istisna olmaqla, bütün digər ölkələrin, hətta ABŞ-ın belə tanıdığı Fələstin dövlətinin ayrılmaz hissəsidir”, – Nasir Əbdül Kərim vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png