Fransada etirazlar davam edir

Parisdə pensiya islahatına qarşı keçirilən etirazlar zamanı polislə nümayişçilər arasında qarşıdurma baş verib.

ONN media xəbər verir ki, nümayişlər zamanı 11 nəfər yaralanıb, 47 nəfər saxlanılıb. Məlumata görə, etirazlar Paris, Nant, Renn, Tuluza və digər şəhərlərdə keçirilib. Parisdə nümayişçilər Opera meydanından Bastiliya meydanına qədər yürüş ediblər. Etirazçılar “Fransa prezidenti Emmanuel Makronu təqaüdə çıxaraq”, “İşçilərin ləyaqəti və daha yaxşı bir dünya üçün buradayıq”, “Paris ayağa qalx” kimi şüarlar səsləndiriblər.

Polis mağazaların, bankların və bankomatların mühafizəsini gücləndirib. Etirazçılar zibil qutularını yandırıb, avtobus dayanacaqlarının vitrinlərini sındırıblar. Polis nümayişçilərə gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə edib.