Goranboyda xeyli sayda silah-sursat aşkarlandı

Goranboyda fermadan silah-sursat aşkarlanıb.

ONN media Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.Belə ki, Xocalı Rayon Polis Şöbəsinin daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xocalı rayon sakini, Mətləb Məmmədova məxsus, Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermaya baxış keçirilib və oradan 4 ədəd “F1”, 1 ədəd “RQ42″, 1 ədəd ” RQ5″ əl qumbaraları, 3 ədəd qumbara alışdırcısı, 74 ədəd 5.45 mm-lik, 3 ədəd 7.62 mm-lik avtomat patronu, 9 ədəd 7.62 mm-lik pulemyot patronu və 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Xocalı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.