Həmsədrlər fevralın 3-də Azərbaycana səfər edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərlərinin dəqiq tarixi məlum olub.

ONN media APA-ya istinadən xəbər verir ki, vasitəçilərin regiona səfəri Azərbaycandan başlanacaq.

Onlar fevralın 3-də Bakıya gələcəklər.

Fevralın 4-də həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

Vasitəçilər Bakıdan İrəvana yollanacaq, orada Ermənistan rəhbərliyi ilə görüşəcəklər.