Həmsədrlər işğal altında olan Dağlıq Qarabağa səfər etdilər

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində səfərlərini davam etdirirlər.

ONN media xəbər verir ki, Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına səfər ediblər.

Səfər zamanı vasitəçilər Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda yaradılmış qeyri-qanuni separatçı rejimin nümayəndəsi Bako Saakyan ilə görüşüblər.