ONN İnformasiya Agentliyi

Həmsədrlər bəyanat yaydılar

Həmsədrlər bəyanat yaydılar
11 Fevral 2018 - 22:20

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərindən sonra bəyanatla çıxış ediblər.

ONN media xəbər verir ki, bu barədə məlumat ATƏT-in rəsmi saytında dərc olunub.
Həmsədrlər bəyanatda bu yaxınlarda təmas xəttində insanların həlak olması ilə bağlı dərin narahatçılıqlarını ifadə ediblər.
"Həmsədrlər tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırır", – deyə sənəddə qeyd olunur.
Vasitəçilər münaqişə tərəflərini həmçinin təhrikedici bəyanatlardan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə səsləyiblər. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png