ONN İnformasiya Agentliyi

Həmsədrlərdən cəbhədəki vəziyyətlə bağlı BƏYANAT

Həmsədrlərdən cəbhədəki vəziyyətlə bağlı BƏYANAT
13 İyul 2020 - 20:29

ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Endrü Şofer (ABŞ) iyulun 12-13-də Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşlə bağlı bəyanat yayıblar.

ONN media  xəbər verir ki, sözügedən bəyanat ATƏT-in saytında yayımlanıb.

Bəyanatda deyilir:

Ermənistan və Azərbaycan Müdafiə nazirliklərinin və digər mənbələrin məlumatına görə, 12-13 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin ciddi şəkildə pozulması nəticəsində itkilər olub, hər iki tərəfə məxsus qüvvələrin müxtəlif kalibrli artilleriyalardan istifadə etdiyi bildirilir.

Qeyd olunub ki, həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik itkilərin olmasına təəssüflənir, həlak olanların ailələrinə başsağlığı verir: “Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi insident başlayandan bəri Ermənistan və Azərbaycan rəsmiləri ilə birbaşa təmasda olublar. Döyüşün başlanmasında tərəflər bir-birini ittiham edir. Minsk Qrupu həmsədrləri atəşkəsin pozulmasını qınayır və gərginliyin daha da artmaması üçün tərəfləri aralarındakı birbaşa rabitə kanallarından istifadə etmək də daxil olmaqla, bütün zəruri addımları atmağa çağırır”.

Bundan başqa, Minsk Qrupu həmsədrləri tərəfləri mümkün qədər qısa zamanda substantiv danışıqlara başlamağa çağırıb.

Həmsədrlər şərtlər imkan verən kimi ATƏT müşahidəçilərinin bölgəyə qayıtmasının vacibliyini də vurğulayıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png