ONN İnformasiya Agentliyi

Hulusi Akardan XƏBƏRDARLIQ- Azərbaycana qarşı….

Hulusi Akardan XƏBƏRDARLIQ- Azərbaycana qarşı….
06 Dekabr 2022 - 15:14

Dostumuzu birlikdə dost görür, düşmənimizi yenə birlikdə düşmən bilirik

ONN media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə keçirilən birgə hərbi təlimlərini izləyərkən deyib.

O bildirib ki, Türkiyə və Azərbaycana qarşı təxribatların haradan, kimdən gəlməsindən asılı olmayaraq, hər iki tərəfə istiqamətlənmiş kimi qəbul edilir:

“Buna heç kimin şübhəsi olmasın. Hər cür təhdid və təhlükəyə qarşı birlikdə (Azərbaycanla – red.) mübarizə aparacağıq”.

Nazir vurğulayıb ki, bütün dünya iki ölkənin qardaşlığını 30 il ərzində Ermənistanın işğalı altında olan torpaqların azad olunması zamanı gördü:

“Türkiyə və Azərbaycan iki qardaş ölkədir. 20 illik əzmkarlığın, qətiyyətin nəticəsində əldə edilən zəfər sayəsində regionda uzun illərdən sonra sabitlik təmin olundu”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png