ONN İnformasiya Agentliyi

İki nazirliyə tapşırıq verildi – SƏRƏNCAM

İki nazirliyə tapşırıq verildi – SƏRƏNCAM
26 Fevral 2020 - 19:32

Baş Nazir Əli Əsədov “2015-ci il 24 noyabr tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında Dövlətlərarası Şuranın Azərbaycanda saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında Protokol”da dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 12 fevral tarixli 931 nömrəli fərmanının icrasını təmin etmək üçün sərəncam imzalayıb.

ONN media xəbər verir ki, sərəncamla iki nazirliyə müvafiq tapşırıqlar verilib.Belə ki, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər orqanlar 2019-cu il dekabrın 20-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli 931 nömrəli fərmanı ilə təsdiq edilmiş “2015-ci il 24 noyabr tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında Dövlətlərarası Şuranın Azərbaycan Respublikasında saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında Protokol”da dəyişikliklər edilməsi barədə Protokol”un müddəalarının bu Protokol qüvvəyə mindikdən sonra həyata keçirilməsi üçün aidiyyəti üzrə tədbirlər görməlidir.Sərəncam imzalandığı gündən qüvvəyə minir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png