ONN İnformasiya Agentliyi

İlham Əliyev: 4 kənd geri qaytarılmalıdır!

İlham Əliyev: 4 kənd geri qaytarılmalıdır!
10 Yanvar 2024 - 21:14

O ki qaldı işğal altında olan kəndlərə – bizim təklifimiz də hesab edirəm ki, çox məntiqlidir – orada (Qazaxın kəndləri nəzərdə tutulur – red.), bildiyiniz kimi, anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav deyil – 4 kənd – onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklavdır – Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir – bununla bağlı ayrıca ekspert qrupu yaradılmalıdır və bu, müzakirə edilməlidir.

ONN media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib.

“Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır, bu anklavlara gedən yollara şərait yaradılmalıdır və bu anklavlara oranın sakinləri yerləşdirilməlidir. Yəni bizim mövqeyimiz bundan ibarətdir.

Ermənistanın mövqeyi nədən ibarətdir, biz bunu başa düşə bilmirik”, – deyə dövlət başçısı bildirib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png