İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşdü

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib.

ONN media “AzərTAc”-a istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.

Rəsmi foto çəkdirildikdən sonra Prezident İlham Əliyevin və NATO-nun baş katibi Yens Stoltenberqin görüşü oldu.