İlham Əliyev bu şəxsi vəzifəsindən azad etdi

Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

ONN media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.