İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

ONN media xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Dövlət başçısına Müstəqillik abidəsi barədə məlumat verilib.

Sonra prezidentlər xatirə şəkli çəkdiriblər.