ONN İnformasiya Agentliyi

İlham Əliyev Gürcüstanın baş naziri ilə görüşdü – FOTO

İlham Əliyev Gürcüstanın baş naziri ilə görüşdü – FOTO
23 Yanvar 2018 - 20:35

Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

ONN media xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, strateji tərəfdaşlıq və uğurla həyata keçirilən birgə layihələr barədə müzakirə aparılıb.

Tərəflər istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu layihə böyük rol oynayır və regionda yeni imkanlar yaradır.

Görüşdə enerji resurslarının tranziti sahəsindəki əməkdaşlıq, həmçinin ticari-iqtisadi əlaqələrin inkişafı məsələlərinə toxunulub. Tərəflər iki ölkə arasında tərəfdaşlığın region üçün vacibliyini qeyd ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png