İlham Əliyev İsrail Prezidentinə başsağlığı verdi

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa başsağlığı məktubu göndərib.

ONN media xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Ananız – Aura Hersoqun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.