ONN İnformasiya Agentliyi

İlham Əliyev Putinlə görüşünü anons etdi

İlham Əliyev Putinlə görüşünü anons etdi
22 Yanvar 2020 - 18:31

ONN media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev TASS-a açıqlamasında deyib.

“Əminəm ki, Putinlə danışdığımız kimi bizim əlaqələrimiz strateji tərəfdaşlıq ruhunda  uğurla inkişaf edəcək. İnanıram ki, bu il də  ticarət dövriyyəsi və çoxplanlı əlaqələr baxımından çox uğurlu il olacaq” – Azərbaycan Prezidenti bildirib.

Bununla belə Azərbaycan Prezidenti bildirib ki, il ərzində  Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.

“Hələlik dəqiq vaxtı müəyyənləşdirilməyib. Lakin, görüş mütləq olacaq. Çünki ötən il biizm prezidentlə (Putin) beş yaxud altı görüşümüz olub. Odur ki, görüşümüz  mütəmadi bir format alıb. Görüşümüz mütləq olacaq”-  İ.Əliyev bildirib.(ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png