İlham Əliyev Qazaxıstana getdi

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib.

ONN media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.