İlham Əliyev sərəncam verdi: Birinci vitse-prezidentə…

Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyində yeni təyinat olub.

Report xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Rzayev Azərbaycan Respublikası Prezidentinin protokol xidməti rəisinin müavini – Birinci vitse-prezidentin protokol sektorunun müdiri təyin edilib.

Bu sərəncama qədər E.Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsini tuturdu.