İlham Əliyev yeni baş nazir təyin etdi – Sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əli Əsədovun Azərbaycan Respublikasının Baş Naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

ONN media sərəncamın mətnini təqdim edir:

1. Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.