İlham Əliyevdən “ASAN xidmət”lə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev “ASAN xidmət” işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

ONN media-nın xəbərinə görə, sərəncamda qeyd olunur ki, Azərbaycanda ilk “ASAN xidmət” mərkəzinin 2012-ci il dekabrın 29-da fəaliyyətə başladığını nəzərə alaraq, hər il dekabrın 29-u “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilsin.