İlham Əliyevdən İrana “sərt mesaj”

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə yanaşır.

ONN media xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Nizami Gəncəvinin doğma Gəncə şəhərində dünyaya gəldiyini, orada yazıb-yaratdığını və orada da dəfn olunduğunu bildirən dövlətimizin başçısı qeyd edib:

“Onun müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür”.

Qeyd edək ki, İranda “Nizami Gəncəvi həftəsi”nin açılışında çıxış edən Tehran rəsmiləri cidd-cəhdlə Nizami Gəncəvinin milliyyətcə fars olduğu yalanını da səsləndirməyə çalışmışdılar.