ONN İnformasiya Agentliyi

İlham Əliyev Aydın Süleymanovu təbrik etdi

İlham Əliyev Aydın Süleymanovu təbrik etdi
13 Oktyabr 2019 - 12:10

ONN media xəbər verir ki, Prezident İlham Əliyev gənc şahmatçı Aydın Süleymanova təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png