ONN İnformasiya Agentliyi

İlham Əliyev Banqladeş prezidentini təbrik etdi

İlham Əliyev Banqladeş prezidentini təbrik etdi
25 Mart 2020 - 23:27

Prezident İlham Əliyev banqladeşli həmkarı Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmidəna təbrik məktubu göndərib.

ONN media xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındakı münasibətlər həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və rifah diləyirəm”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png