ONN İnformasiya Agentliyi

İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb

İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 2020 - 21:44

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

ONN media bildirir ki, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin bütün sahələrdə genişləndiyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında yüksək səviyyəli görüşlərin münasibətlərimizin möhkəmlənməsində rolu qeyd edilib. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi qlobal əhəmiyyətli layihələrin önəmi vurğulanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png