ONN İnformasiya Agentliyi

İlham Əliyev Həlimə Yaqubu təbrik etdi

İlham Əliyev Həlimə Yaqubu təbrik etdi
08 Avqust 2020 - 15:58

Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba təbrik məktubu göndərib.

ONN media  bildirir ki, təbrikdə deyilir:

“Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Sinqapur xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan-Sinqapur münasibətlərinin bugünkü səviyyəsi və beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png